Azərbaycan Respublikası “Təhsil”x9d Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi”x9d layihəsi çərçivəsində növbəti tədbiri keçirib.
“Təhsil”x9d Cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədli layihənin məqsəd və məramından bəhs edərək bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan tədbirlərin məcburi köçkün məktəblərində keçiririlməsi təsadüfi deyil. Bu, məcburi köçkün olan şagirdlərdə davamlı təhsilə marağın artırılmasına xidmət edir.

Tanınmış jurnalist, layihənin eksperti Seymur Verdizadə mövzu ilə bağlı çıxışında bildirib ki, ölkəmizin gələcəkdə dünya miqyasında güclü dövlətlərdən biri olması bugünkü nəslin hansı səviyyədə elmli və təhsilli olmasından asılıdır.
Layihənin digər eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, məcburi köçkün məktəblərində belə görüşlər tez-tez keçirilməlidir. E. Əliyev qeyd edib ki, bu görüşlər şagirdlərdə elm və təhsilin həyatımızdakı əvəzedilməz rolu barədə təsəvvür yaradır.
“Moderator.az”x9d xəbər portalının Baş redaktoru Zülfüqar Hüseynzadə işğal olunmuş rayonlarımızın məktəblərindəki nisbətən əlverişsiz şəraitə baxmayaraq onların bir çoxunun yüksək nəticələr göstərdiyini vurğulayıb. Bildirib ki, bununla yanaşı, məcburi kömçün gənclər daha çox oxumalı, öyrənməli və təhsildə, elmdə yüksək nailiyyətlərə çatmalıdırlar.xa0
Sonda qonaqlar şagirdləri maraqlandıran suallara cavab veriliblər.

































































































