Bəzi sosial media səhifələrində 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləmiş Könül Sultanova barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Könül Sultanovanın Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə o, təqsirli bilinərək, 3 min manat cərimə cəzasına məhkum edilib.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən K.Sultanova barəsində çıxarılmış bəraət hökmündən martın 6-da dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:37 / 06.03.2024
Keçmiş həkim-cərrahın cərimələnməsi barədə qərardan protest verilib - RƏSMİ
Hazırda oxunan: Keçmiş həkim-cərrahın cərimələnməsi barədə qərardan protest verilib - RƏSMİ
Hazırda oxunan: Keçmiş həkim-cərrahın cərimələnməsi barədə qərardan protest verilib - RƏSMİ
181407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.