Xəstəxanalarda SIXLIQ DƏRDİ - Onlayn növbə götürmək sistemi niyə İŞƏ DÜŞMÜR?  - FOTO 

Hazırda oxunan: Xəstəxanalarda SIXLIQ DƏRDİ - Onlayn növbə götürmək sistemi niyə İŞƏ DÜŞMÜR?  - FOTO 

181397

Bir neçə ildir icbari tibbi sığorta bütün ölkədə tətbiq olunur. Vətəndaşlar bundan yararlanaraq pulsuz müayinə və müalicə olunsalar da narazılıqlar qalmaqdadır. Ən çox şikayət isə xəstəxanalardakı növbələrdəndir. 

Çoxumuz xəstəxanalara yolumuz düşəndə ucu-bucağı görünməyən növbələrin şahidi olmuşuq. Sosial şəbəkələrdə də dəfələrlə növbə gözləyərkən vətəndaşlar arasında yaşanan xoşagəlməz hallarla bağlı görüntülər paylaşılıb.

Bəzən dərdinə çarə axtaranlar onlara növbə çatdıqda həkimin iş vaxtının bitdiyini, müayinənin növbəti günlərə ertələndiyini yazırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Xəstəxanalarda “donan” SİSTEM – Həkim qəbuluna düşmək niyə PROBLEMƏ ÇEVRİLİB?


Aidiyyatı qurumlar bundan çıxış yolu kimi koronavirus pandemiyası zamanı yaradılan “e-Tabib” mobil tətbiqi vasitəsilə onlayn növbə sisteminin işə salınacağını bildirmişdilər. Hətta ötən il mart ayında mobil tətbiqin yeni versiyasının təqdimatı da keçirilib. Vətəndaşın proqram vasitəsilə gedəcəyi xəstəxananı, tarixi və həkimi seçərək növbəyə yazılması mümkündür. 

Lakin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  (TƏBİB) ötən ilin dekabrından istifadəyə verildiyi deyilən sistemdə hazırda onlayn növbə götürmək mümkün deyil. 

Belə ki, xəstəxana, həkim və vaxtı seçmək üçün açılan xanaların heç biri aktiv deyil.

Onlayn növbə sisteminin TƏBİB-in tabeliyindəki bütün səhiyyə müəssisələrini əhatə edib-etmədiyini öyrənmək məqsədilə, həmçinin mobil tətbiqdəki xidmətin aktiv olmaması ilə bağlı quruma sorğu ünvanlamışıq.
Qeyd edək ki, pandemiya ərəfəsində TƏBİB-dən yerli mətbuata tətbiqin neçəyə başa gəlməsi haqqında məlumat verilməyib. Tətbiqin bir qrup İT mütəxəssisi tərəfindən “sosial məsuliyyət anlayışı çərçivəsində” ölkəyə dəstək üçün hazırlandığı bildirilib.


Günay Şahmar, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin