“Bakı Dövlət Sirkinin təmir olunması məsələsi Mədəniyyət Nazirliyi səviyyəsində müzakirə olunur.”
Bu sözləri Bizim.Media-ya Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov deyib.
O, hazırda sirk arenasının durumunun tamaşaçı qəbulu üçün qənaətbəxş vəziyyətdə olmadığını deyib:
“Bakı Dövlət Sirki indi milli truppa, orkestrin yaradılması və yaradıcılıq proqramının yenidən baxılması məsələləri üzərində çalışır. Yeni sirk proqramlarının milli sirk ənənələri ilə müasir sirk janrlarının sintezi əsasında hazırlanması nəzərdə tutulur. Heyvanları müdafiə cəmiyyətlərinin çağırışlarından sonra sirkdə heyvanlarla şou tədricən arxa plana keçib və hazırda demək olar ki, bu element müasir tamaşalarda yoxdur”.
Qeyd edək ki, 17 aprel dünyada Beynəlxalq Sirk Günüdür.
Bununla əlaqədar olaraq Bakı Dövlət Sirkində qocaman sirk ustadları ilə görüş keçirilib, sirkin müasir durumu və gələcək layihələri müzakirə olunub.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:48 / 17.04.2021
Bakı Dövlət Sirkində YENİLİK - RƏSMİ - FOTO
Hazırda oxunan: Bakı Dövlət Sirkində YENİLİK - RƏSMİ - FOTO
Hazırda oxunan: Bakı Dövlət Sirkində YENİLİK - RƏSMİ - FOTO
18139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.