Kürəkçay MÜQAVİLƏSİ – Ermənilərin Qarabağa köçürülməsinə yol açan sənəd necə İMZALANDI? – FOTO 

Hazırda oxunan: Kürəkçay MÜQAVİLƏSİ – Ermənilərin Qarabağa köçürülməsinə yol açan sənəd necə İMZALANDI? – FOTO 

181382

Qarabağdan könüllü şəkildə gedən ermənilər indi İrəvanda idarə edilən güclərin təsiri ilə “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə” məsələsini ortaya atıblar. Halbuki, ermənilər Qarabağ gəlmədir. Bununla bağlı kifayət qədər tarixi fakt var.

Bizim.Media xəbər verir ki, tarixçi alim Zaur Əliyev ermənilərin Qarabağ necə yerləşdirildiyi barədə daha bir tarixi fakt barədə sosial şəbəkə hesabında paylaşıb.

Alimin araşdırmasını təqdim edirik:

“Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813) və Türkmənçay (10 fevral 1828) müqavilələri, habelə Qarabağ xanı İbrahimlə Rusiya imperiyası arasında 1805-ci il 14 may tarixində imzalanmış müqavilə göstərir ki, ermənilər çar Rusiyasının köməkliyi ilə İrəvan və Qarabağ xanlıqlarına köçürülüblər. Həmin ermənilər əvvəllər Türkiyə, İran və digər Şərq ölkələrində məskunlaşmışdılar. 

Məlumdur ki, əsası 1747-ci ildə qoyulmuş və 1822-ci ilədək mövcud olmuş Qarabağ xanlığının dövlətçilik tariximizdə yeri və rolu danılmazdır. II Yekaterina vaxtilə "Yunan layihəsi" adlanan layihə irəli sürmüşdü. Bu layihəyə əsasən türklər Avropadan qovulmalı və "Yunan imperiyası" bərpa olunmalı idi. Osmanlı dövlətinin  qüdrətinin sarsıldığını bilən II Yekaterina bundan istifadə edərək Osmanlı dövlətini məhv etmək qənaətinə gəlmişdi. 

Elə buna görə də, Osmanlı dövləti ona yardım üçün müraciət edən Azərbaycan xanlıqları ilə əlaqələrin genişləndirilməsinə ehtiyatla yanaşırdı. Qarabağ xanlığı ilə Osmanlı dövləti arasında ilk yazışmalar 1769-cu ildən başlayıb. Qarabağ xanlığına gələn Osmanlı elçisinin məktubunda ruslara qarşı birlikdə mübarizə aparmaq istədikləri bildirilib. 
Bu məqsədə nail olmaq üçün Osmanlı sultanı I Əbdülhəmid Qarabağ hökmdarı İbrahimxəlil xana məktub göndərir. Məktubda İbrahimxəlil xana Rusiya imperiyasına qarşı vuruşmağa hazır olmaq təklif olunurdu. Lakin Rusiyanın Qafqaza hücumu başlayan zaman Osmanlı dövləti verdiyi sözü tutmadı. İbrahimxəlil xan sultan III Səlimin baş vəzirinə yazdığı məktubdakı "..Sizdən ricamız budur ki, bizləri qoruyub, bizə kömək və inayətinizi əsirgəməyəsiniz...” sözlərinə cavab olaraq Osmanlı sarayından aşağıdakı məzmunda məktub alır:

"İranla Dövləti-Aliyyə arasında sülh olduğundan, Ağa Məhəmməd şah Qacarın sülhü pozar bir hərəkəti görülmədikcə Osmanlı dövləti tərəfindən İran hövzəsinə əsgərlə müdaxilə edilməyəcək”. 

Azərbaycan xanlıqları öz daxili idarəetmələrini qoruyub saxlamaq istəyirdilər, xaricdən isə Rusiyanın himayəsini qəbul edirdilər. 

1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlilxan Rusiya ilə Qarabağ xanlığı arasında imzalanan 11 maddədən ibarət müqavilənin şərtlərinə görə, əsasən xarici siyasətdən məhrum oldu. Daxildə isə xanlığın idarəetməsini qoruyub saxlaya bildi. Habelə ərazisində rus qoşunlarını saxlamağı öhdəsinə götürdü. 

Bu sənədlərin heç birində ermənilərin və ya Qarabağdakı erməni mülklərinin guya Rusiya vətəndaşlığına keçməsindən bəhs edilmir. “Kürəkçay” müqaviləsi Qarabağın Rusiya tərəfindən işğalının əsasını qoydu. Məhz o tarixdən başlayaraq işğal olunmuş Qarabağa sonrakı illərdə ermənilərin köçürülməsi bölgədə ciddi münaqişələrin yaranmasına səbəb oldu. Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması ilə bağlı İbrahimxəlil xanla general Sisyanov arasında bağlanmış “Kürəkçay” müqaviləsi XVIII əsrin sonu və XIX əsrin əvvəllərində bölgədə erməni izinin olmadığını sübut edən əhəmiyyətli tarixi sənəddir. Belə ki, müqavilədəki 11 bəndin heç birində erməni adına rast gəlinmir.

Bu sənəd ermənilərin tarixlə bağlı saxta iddialarını ifşa edir. Bu sənədlər bir daha sübut edir ki, Qarabağda ermənilər köçürülmə xalq olublar. 

Onu da qeyd edək ki, Rusiya İmperiyası 1805-ci il 14 may tarixində imzalanan Kürəkçay müqaviləsinə, onun şərtlərinə əməl etmədi. “Kürəkçay” müqaviləsi on yeddi ildən sonra, 1822-ci ildə ləğv edildi. 








Surxay Atakişiyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin