Oğuz–Qəbələ–Bakı su kəmərində sızma olub, tonlarla su israf olur.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Həmid Həmidov sosial şəbəkədə məlumat verib.
“Yerli sakinlərin dediyinə görə, bu mənzərə artıq bir neçə aydır müşahidə olunur, amma bununla bağlı heç bir iş görülmür. Bir ay ərzində bu, boşuna axan tonlarla şirin sudur” – deyə o qeyd edib.
Bizim.Media