“Məktəb yaşlı qızların erkən nikaha cəlb edilməsi regionlarda mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu il bağça tərbiyəçiləri üçün sertifikasiya imtahanı keçirilməyəcək - RƏSMİ
Qurum rəsmisi Salyanın Pambıqkənd orta məktəbində 11-ci siniif şagirdinin ana olması iddiası ilə bağlı məsələyə də toxunub. O, deyib ki, sözügedən şagird ana olmayıb:
“Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib".
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media