Çavuşoğlu Qətərə səfər edəcək

Hazırda oxunan: Çavuşoğlu Qətərə səfər edəcək

181329
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu yaxın günlərdə Qətərə səfər edəcək.

Oxu.Az cnnturk.com-a istinadən xəbər verir ki, bu barədə Çavuşoğlunun özü məlumat verib. Səfər iyunun 14-də baş tutacaq. Səfər çərçivəsində Çavuşoğlu Qətərin rəsmiləri ilə görüşüb regiondakı vəziyyəti müzakirə edəcək.

O qeyd edib ki, Qətərlə bağlı diplomatik böhranın aradan qaldırılması üçün lazım gələrsə, Səudiyyə Ərəbistanına da gedəcək.xa0

Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra ”” Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb.

Xatırladaq ki, iyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv Respublikası və Mavriki Respublikası Dohanı terrorizm və ekstremist ideologiyanı dəstəkləməkdə ittiham edərək Qətərlə diplomatik münasibətlərin kəsildiyini elan edib. Bir sıra ölkələr digər, məsələn, dəniz və aviaəlaqənin kəsilməsi, bank əməliyyatlarının dayandırılması, Qətər diplomatlarının ölkədən göndərilməsi kimi tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edildiyini elan ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin