ADP sədri Sərdar Cəlaloğlunun bu günlərdə Moderator.az-a verdiyi müsahibələrdə (bu linklərdən oxuya bilərsiniz:) İslam, Quran, Məhəmməd Peyğəmbər(s) barəsində söylədiyi fikirlər maraqla oxunsa da, birmənalı qarşılanmayıb. İmam Hüseyn məscidinin axundu, “Tövbə”x9d Cəmiyyətinin sədri Hacı Əbdül redaksiyamıza telefon açaraq xa0təkidlə xa0S.Cəlaloğlunun xa0dedikləri barədə bir din xadimi kimi öz fikirlərini ifadə etmək istəyini bildirdi.xa0
Onun söylədiklərini olduğu kimi nəzərinizə çatdırırıq:
-Bismillahir Rəhmanir Rəhim! Sərdar Cəlaloğlunun İslam dini və Quran barədə dedikləri arasında özünün, demək olar ki, heç bir şəxsi fikri yoxdur. Onun fikirləri ilk növbədə Məkkə müşriklərinin başçısı Əbu Süfyandan qaynaqlanır. Əbu Süfyana xəbər gətirirlər ki, Məhəmməd Peyğəmbər(s) öldü ”“sevin. xa0O isə cavab verir ki, xeyr, mən Məhəmmədin ölməyinə sevinmirəm. Mən o zaman sevinə bilərəm ki, Məhəmmədin adı azanda çəkilməsin. Sərdar Cəlaloğlunun da məscidlərdə Məhəmmədin(s) adının çəkilməməsi ilə bağlı fikri məhz Əbu Süfyanın dediyimiz fikrindən qaynaqlanır...
- Sərdar Cəlalolu deyir ki, məscidlərdə Peyğəmbərimizə(s) yalnız salavat xa0vermək olar. Çünki salavat Quran ayəsindəndir...xa0
-Daha salavatda da Peyğəmbərin(s) adını çəkməsə, onda demək olar ki, o, yəhudidir. Bu, sadəcə olaraq yəhudilikdən çıxmamaq üçün salavatı ortalığa qoyub. Sərdar Cəlaloğlunun fikirləri eyni zamanda Təmimidən, Teyyubidən, Əbdül Vəhhabdan qaynaqlanır. Sadəcə, o həmin fikirləri bu günkü leksikona uyğunlaşdırıb çatdırır. Eyni fikirlərdir...
-Siz bir müddət öncə müsahibələrinizdən birində demişdiniz ki, Sərdar Cəlaloğlu maskalanmış vəhhabidir. xa0Axı xa0o da öz söhbətlərində vəhhabiləri tənqid edir, onların yanlış yolda olduğunu bildirir...
-Bəli, əvvəllər onun dediklərində vəhhabi xətti görsənirdi. İndi isə o, fikirlərini tədricən genişləndirir, daha məkrli xa0yolla gedir. Bu minvalla Sərdar Cəlaloğlu olacaq Azərbaycanın Salman Rüşdüsü... Ancaq biz onu qoyaq bir kənara. Çünki zaman-zaman Azərbaycanda xa0Quranı öz bildikləri kimi təftiş edən, özünü hamıdan ağıllı sanan məxluqlar olub. Məsələn, son vaxtlar Ələsgər adında biri özünü peyğəmbər elan etmişdi. Hətta Gülzar adlı bir qadın da özünü peyğəmbər adlandırırdı. Böyüklərimiz belələri haqqında deyir ki, onlar nadan adamlardır. Nadanlar isə ciddi-cəhdlə çalışarlar ki, alimliklərini ortalığa qoyalar- axmaqlıqları çıxar ortalığa...
Yadınızdadırsa, hələ Ramazan başlamamışdan öncə Qafqaz Müsəlmanları İdarəsi fətva vermişdi ki, məscidlərdə məzhəb, təriqət ayrı-seçkiliyini qabardan din xadimləri cəzalandırılacaq. Hətta QMİ-nin tabeliyində olmayan məscidlərdə belə halların qarşısının alınması üçün tədbirlər görüləcəyi bildirilirdi. Bəs İslama, Qurana, Peyğəmbərə, ayrı-ayrı ənənəvi məzhəblərə qarşı ziddiyyətli fikirlər söyləyənlərə qarşı kim tədbir görəcək? Onda digər müsəlman xalqlar kimi, Azərbaycan xalqı üçün də müqəddəs olan dini dəyərlərimiz barəsində kim ağlına nə gəlir danışsın, biz də susaq? Bunları düşünəndə məndə belə fikir yaranır ki, bəlkə elə Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyində bu cür dini təxribatçılarla əlbir işləyən adamlar var. Yəni dinin keşiyində durmalı olanlar ona qarşı təxribatlara cavab vermirsə, bəlkə elə eyni məzhəbə qulluq edirlər? Amma söz yox ki, Sərdar Cəlaloğlu hansısa dövlət və ya qrup tərəfindən maliyyələşir və həmin maliyyənin hesabına da belə təfriqə salan fikirlər söyləyir. Çünki onun fikirlərindən ancaq İslama zərbə vurmaq məqsədi görünür...
-Axı Sərdar Cəlaloğlu xa0deyir ki, mən, sadəcə, müsəlmanların Qurani-Kərimə elmi cəhətdən yanaşaraq inkişaf etməsini istəyirəm?
-Quranın elmi cəhətdən öyrənilməsinin hamımız tərəfdarıyıq. Bəs xa0o halda məscidlərdə Məhəmmədin(s), onun əhli-beytinin, imamların adlarının çəkilməməsinə çağırış nə deməkdir? Bu da elmi yanaşmadır? Elə buradan da digər sual ortalığa çıxır: əgər bu adam Qurana elmi cəhətdən yanaşdığını iddia edərək xa0ənənəvi İslam dininə qarşı hədyanlar söyləyirsə, buna niyə QMİ-nin Qazilər Şurası, Elmi Şura bir bəyanatla-filanla cavab vermir. Yəni belə çıxır ki, bunlar ölüblər deyə, belələrinə layiqli cavab vermirlər. Bu adam xəvaricilərin, vəhhablilərin fikirlərini təkrarlayır ki, bizə Quran kifayətdir, Peyğəmbərin(s) hədisləri, imamların buyruqları lazım deyil. Ona deyən gərəkdir ki, sən innən belə yüz xa0belə ömür yaşasan da, Peyğəmbərin(s), imamların, müctəhidlərin açıqlamaları olmadan Quranı dərk edə bilməzsən...xa0
Xülasə, QMİ-nin Elmi Şurası belə adamlara qəti cavab xa0verməlidir ki, onlar özlərini yığışdırsınlar, bilsinlər ki, dinimizin sahibi var. Əks halda belə fikir yaranır ki, QMİ də belələri ilə razıdır və ya hər şeyi öz başına buraxmaq istəyir ki, kim hansı yolu seçər özü bilər. Yaxud bu qurum da xalq arasında, xa0dini zəmində iğtişaş yaranmasını istəyir. xa0Amma bilsinlər ki, belə yanaşma elə bir fəlakətə gətirib çıxara bilər ki, dini rəhbərlik heç cür yaxasını kənara çəkə bilməz...
-Bəs hər hansı təriqət başçısının, müctəhidin getdiyi yol Allah yolu deyilsə, onda necə? xa0
-Əlbəttə, müctəhid də bizi kimi insandır. Amma muctəhid özündən ayə icad etmir ki. O da söylədiiklərini Quran, hədislər əsasında söyləyir. Sərdar Cəlaloğlu bircə misal çəksin ki, filan müctəhid belə bir fikir söyləyib- o, Quran məntiqinə ziddir. Ümumi danışmaq doğru deyil. Peyğəmbərimizdən soruşurlar ki, ya Rəsulullah, bir zaman gələcək sənin barəndə müxtəlif hədislər danışacaqlar- onların hansına inanaq. Həzrəti Rəsul(s) cavab verir ki, Quran məntiqinə uyğun gələn hədisləri qəbul edin, qalanları rədd edin. Müctəhidlərin də dediklərinə belə yanaşmaq lazımdır. Quranla uyğun gələnlərə inanmaq lazımdır. Müctəhid də bizim kimi adamdır, peyğəmbər, imam deyil ki...xa0
Bəs Sərdar bəy necə Quran haqqında kitab yazıb, müctəhidləri necə bəyənmir ki, söylədiyi fikrin hansı ayədən olduğu haqda sual verirsən- cavab verir ki, yadımdan çıxıb. Amma müctəhidə Qurandakı hər hansı mövzudan sual versən, o ayəbəayə deyər və xırdalayar, “unutmuşam”x9d deməz...xa0
Mən belə nəticəyə gəlirəm ki, Sərdar Cəlaloğlu bir partiya sədri kimi uzun müddət siyasətdə bir xa0uğur əldə edə bilmədiyindən İslam haqqında guya mütərəqqi fikirlər söyləməklə gündəmə gəlmək, diqqət mərkəzində olmaq istəyir. Amma bu yol da düzgün yol deyil. Allah-təala buyurur ki, iki yol var: birincisi Mənim yolumdur, ikincisi isə şeytan yoludur. Bunun tutduğu yol birbaşa şeytan yoludur. Allah yoluyla şeytan yolu heç vaxt uyğunlaşa bilməz. Ya o yolu getməlisən, ya bu yolu. xa0Demirəm ki, biz huri-mələyik, biz də əqidəmizlə, əməlimizlə Allah yolu getməyə çalışırıq. Hərdən hansısa kiçik məqamlarda şeytan bizi də yoldan çıxardır. Ancaq bunu dərk etdikdən sonra tövbə edib yenidən Allah yoluna qayıdırıq. Birbaşa şeytan yoluyla gedənlər də tövbə edib Allah yoluna qayıda bilər. Sərdar Cəlaloğluna da məsləhət görürük ki, nə qədər gec deyil, tövbə edib doğru yola ”“Allah yoluna qayıtsın. Amma inanmıram ki, belə kəslər birdəfəlik Allah yoluna qayıda. Münafiqlər dildə Allah yoluna qayıtdıqlarını söyləsələr də, əslində fürsət düşən kimi yenidən şeytan yoluna qayıdırlar...
Sultan Laçın
































































































