Bu gün Novruzun ikinci çərşənbəsi - Od çərşənbəsidir.
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən təmizləyəcəyinə inam ifadə olunur. Bu çərşənbə ulu babalarımızın odun müqədəssliyinə inamını ifadə edir.
Adətə uyğun olaraq, paytaxt sakinləri bu çərşənbədə tonqal qalayıb, üzərindən tullanaraq bütün ağırlıqlarını, mənfi enerjilərini odda yandırıblar.
Bizim.Media-nın əməkdaşının od çərşənbəsi ilə bağlı hazırladığı fotoreportajı təqdim edirik:
Leyla Qəhrəmanova, Bizim.Media