Azərbaycana 150 adda kitab gətirilə bilməz - QADAĞAN OLUNUB

Hazırda oxunan: Azərbaycana 150 adda kitab gətirilə bilməz - QADAĞAN OLUNUB

181214

Ötən il dini dözümsüzlüyü, nifrət və ayrı-seçkiliyi təbliğ edən 150 adda kitabın Azərbaycana idxalının qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 235 adda dini ədəbiyyata baxılıb, onlardan 11-nin çapı məqsədəuyğun hesab edilməyib.

Həmçinin, ötən il 938 adda (730,3 min ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin