Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşərək yaralanan əsgəri və bu gün şəhidlik zirvəsinə ucalmış Bayramov İlkin Bayram oğlu dəfn edilib.
Bizim.Media xəbər verir ki, mərhum doğulduğu Ağstafa rayonunun Pirli kəndində torpağa tapşırılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid oldu - FOTO
Qeyd edək ki, 2001-ci il təvəllüdlü İ.Bayramov Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilən ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət almışdı.
O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekabrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Bizim.Media