Azərbaycanlı pediatrlar 7-10 iyun tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən "8th Europediatrics" Konqresində ölkəmizi təmsil ediblər. Konqres dünyanın böyüklüyünə görə Pentaqondan sonra ikinci sayılan Parlament sarayında keçirilib. Tədbirdə Modern Hospitalının pediatrı Səbinə Nurəliyevə, Avrasiya Hospitalının pediatrı Günay Rəsulova, 8 saylı Birləşmiş şəhər xəstəxanasının pediatrı Zümrüd Əmirova iştirak ediblər. Pediatr Səbinə Nurəliyevə uşaqlarda nadir rast gələn xəstəlik "Shapiro syndrome in prepubertal period" mövzusunda poster təqdimatı ilə çıxış edib. Təqdimat xarici pediatr mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb. Həkimlərimizə uğurlar arzulayırıq. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.