“O dünyadan vəsiqə gətirsə, inanmaq olar”x9d ”“Deputat qazıya hiddətləndi

Hazırda oxunan: “O dünyadan vəsiqə gətirsə, inanmaq olar”x9d ”“Deputat qazıya hiddətləndi

181171
“Belə bir hadisəyə birinci dəfədir ki, rast gəlirəm. Seyidlik nəsildən gəlir. Kiminsə vəsiqə verməsi, bunu rəsmiləşdirməsi barədə heç vaxt eşitməmişəm. Belə işləri görən adamların nə muğamdan, nə də dindən xəbəri var”x9d.
xa0
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzovun Elnur Tağıyev adlı gəncə “seyidlik vəsiqəsi”x9d verməsinə münasibət bildirərkən xa0deyib.
O bildirib ki, bu cür hala ancaq gülmək olar.
xa0
“Kimin ixtiyarı var ki, hansısa seyidə “səni seyid olaraq təsdiq etdim”x9d desin. Əgər xa0qazı gedib o dünyadan vəsiqə gətirərsə, onda verdiyi “seyidlik vəsiqəsi”x9dnə inanmaq olar. xa0Hesab edirəm ki, belə hal qəbuledilməzdir. Biri kiməsə “seyidlik vəsiqəsi”x9d verir, o da bununla razılaşır. Bu, gülməli haldır. Belə adamların seyidlikdən xəbəri yoxdur”x9d.
xa0
Qeyd edək ki, Hacı Mirqiyas Təhməzovun xa0Elnur Tağıyev adlı gəncə “seyidlik vəsiqəsi”x9dnin verilməsi ictimai qınağa səbəb olub.
xa0
Onun özü isə bildirib ki, bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verib:
xa0
"Bu vəsiqəni mən əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsl-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib.”x9d
xa0
Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib:"Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyiddir.
xa0
Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşiman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O, yalvarıb-yaxardı və bildirdi ki, o həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşimanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin