Məktəblərdə xarici dil imtahanları aşağı səviyyədə aparılır. Xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin xarici dil səviyyəsi A2-dir.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
MÖVZU İLƏ BAĞLI:
"Bu şəxslər imtahanlardan AZAD olunacaq" – Məleykə Abbaszadə
O bildirib ki, 11-ci sinfi bitirən şagirdlərin isə xarici dil bilikləri B1-dir.
Sədr qeyd edib ki, bir neçə il əvvəl ilə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb:
"Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin".
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media