119 uşaq su filtrlərinə görə zəhərlənib? - “Azərsu”x9ddan növbəti açıqlama

Hazırda oxunan: 119 uşaq su filtrlərinə görə zəhərlənib? - “Azərsu”x9ddan növbəti açıqlama

181042
“Su filtrləri satan biznes qurumları primitiv təcrübə nümayiş etdirib əhalini aldadır”x9d.

Moderator.az xa0xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, Azərsu ASC-ni özünün anti-reklamına biganə qalmaqda da suçlayıb: “Su filtrləri satan şirkətlər əhaliyə filtrlərdən keçirilmiş suyun bulaq suyundan fərqlənmədiyini deyirlər.

Həmin qurğular 1400 manata satılır. Bir müddət sonra filtrdən keçirilmiş sudan içən insanların səhhətində narahatlıq yaranır. Filtrləri geri qaytarmağa isə şirkət razılaşmır.

Şirkətin əməkdaşları Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanununun tələblərini pozurlar. “Azərsu”x9d bu anti-reklama biganə qalır”x9d.

Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurumun rəsmi mövqeyi neçə illərdir mətbuat vasitəsilə ictimaiyyətə çatdırılır: “Əhaliyə verilən su standartlara tam uyğundur və buna tam məsuliyyət daşıyırıq. Amma su filtrləri satanlara qarşı mübarizəni müvafiq qurumlar - istehlakçı hüququnu qoruyan, məhsulun keyfiyyət sertifikatına nəzarət edən qurumlar və ictimai təşkilatlar aparmalıdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin