Geomaqnit qasırğası müşahidə EDİLİR 

Hazırda oxunan: Geomaqnit qasırğası müşahidə EDİLİR 

181014

Günəş küləyinin maksimal sürəti 578 km/san-dək artıb. 

Bu barədə Bizim.Media-ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Hesabat dövründə 27 fevralda proqnozlaşdırıldığı kimi geomaqnit sahəsinin intensivliyi qısa müddətli G1 səviyyəsinə yüksəlib. 

3 martda isə 28 fevralda baş vermiş TKA-nın təsiri ilə geomaqnit qasırğası başlayıb və G2 (orta) səviyyəsinədək yüksəlib. Hazırda Kp indeksi 4-ə bərabərdir. 

Proqnoz günlərində (4-10 mart) C sinif alışmanın baş verməsi ehtimalı 85%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir. 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir. Günəş küləyinin sürətinin TKA-nın təsiri ilə bu gün artacağı, daha sonra normal olacağı gözlənilir. 
Geomaqnit sahəsinin 5 martda sakitləşəcəyi, sonra isə sakit olacağı proqnozlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin