Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Prokurorluğunda xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb.
Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50.000 manatdan artıq vəsaiti mənimsəməsi faktı aşkarlanıb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - küllü miqdarda törədildikdə) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:33 / 04.03.2024
Mingəçevir xəstəxanasında 50 minlik MƏNİMSƏMƏ - Vəzifəli şəxslərə cinayət işi açıldı
Hazırda oxunan: Mingəçevir xəstəxanasında 50 minlik MƏNİMSƏMƏ - Vəzifəli şəxslərə cinayət işi açıldı
Hazırda oxunan: Mingəçevir xəstəxanasında 50 minlik MƏNİMSƏMƏ - Vəzifəli şəxslərə cinayət işi açıldı
181005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.