Bakıda “Gənclərin Xalq Diplomatiyası Sammiti-2024” keçirilib – FOTO  

Hazırda oxunan: Bakıda “Gənclərin Xalq Diplomatiyası Sammiti-2024” keçirilib – FOTO  

181001

Pakistanın Strategiya və Mədəni Diplomatiya Mərkəzinin (SMDP) təşkikatçılığı, İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Education Hub (EduHub) innovativ platforma və Pakistanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə Bakıda, Azərbaycan Dillər Universitetində “Gənclərin Xalq Diplomatiyası – 2024” sammiti keçirilib. 

Bizim.Media xəbər verir ki, SMDM-nin sədri Hassan Mehar alimləri, ekspertləri və yerli tələbələri, eləcə də tədbirin tərəfdaşlarını salamlayaraq, bu tədbirin vacib platforma kimi xalqlar arasında mədəni anlaşmanın təşviq olunması prosesində oynadığı roldan, sözügedən Mərkəzin icraçı direktoru Malik Təhsin, Fəaliyyətlər üzrə rəhbəri Rehan Cavid və Proqramlar üzrə rəhbəri Anum Cavid sammit çərçivəsində keçiriləcək müzakirələrin və təqdimatların faydalı olacağına inamların bildiriblər. 

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici Əlaqələr üzrə prorektoru Jalə Qəribova və Azərbaycanın keçmiş baş naziri və ADU-nun Elmi işlər üzrə prorektoru Novruz Məmmədov təbrik nitqləri ilə çıxış edərək gənclərə uğurlar arzu ediblər. 
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye əsas məruzəçi qismində çıxış edərək xalq diplomatiyasının müasir dünyada oynadığı roldan bəhs edib və iştirakçılara öz dəyərli təkliflərini verib.  

İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov gənc iştirakçıları salamlayaraq, təmsil etdiyi qurumun bu istiqamətdə apardığı fəaliyyət haqqında məlumat verib, Mərkəzi təmsil edən Çingiz Qasımzadə isə sammitin mövzusu ilə bağlı olan təqdimatla çıxış edib. 

Daha sonra ABŞ Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin (AmCham) təmsilçiləri Hökumə Abbasova post-müharibə Azərbaycan cəmiyyətinin diskursu, Gülnarə Aslanbəyli biznes diplomatiyasına aparan mədəni diplomatiyada gənc liderliyin rolu, EduHub innovativ platformanın nümayəndəsi Orxan Məsimov isə üçüncü sektorda innovasiya və sosial sahibkarlıq mövzuları üzrə mühazirələr oxuyublar. 

Sammitdə 10 ölkəni təmsil edən 15-dən çox əcnəbi gənc iştirak edib. Tədbir zamanı iştirakçılar gələcək dialoq və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd etmək lazımdır ki, Bakıda keçirilən bu sammit gənclərin mədəni diplomatiyada potensialının dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin