Qaradağda itin dişlədiyi uşağın vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Qaradağda itin dişlədiyi uşağın vəziyyəti AÇIQLANDI

180986

Qaradağda ötən gün itlərin hücumuna məruz qalan uşağın vəziyyəti açıqlanıb. 

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə ötən gün saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Qobuda uşağı it parçaladı - VİDEO


Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin