Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “unikal.az”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:
“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.
*** 09:41
Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.
Bizim.Media gununsesi.info-ya istinadən bildirir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.
Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 04.03.2024
Səhhətinə görə İsrailə getdiyi bildirilən Ramiz Mehdiyevdən AÇIQLAMA – YENİLƏNİB
Hazırda oxunan: Səhhətinə görə İsrailə getdiyi bildirilən Ramiz Mehdiyevdən AÇIQLAMA – YENİLƏNİB
Hazırda oxunan: Səhhətinə görə İsrailə getdiyi bildirilən Ramiz Mehdiyevdən AÇIQLAMA – YENİLƏNİB
180969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.