“Ermənistan baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevlə görüşündə səsləndirib.
Dövlət başçısı bildirib ki, biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq. Prezident Azərbaycan tərəfinin Ermənistana hər hansı bir təcavüz etmədiyini də vurğulayıb:
“Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır və həmsədrlərin, əslində, ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi onun əslində, etirafıdır. Etiraf edib ki, Ermənistan məğlub olub”.
Prezident deyib ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə müharibənin dayandırılması, işğalçıların bizim torpaqlarımızdan çıxarılması və bölgədə sülh təmin edilməsi ilə bağlı ciddi təzyiq edilməlidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:58 / 02.11.2020
İlham Əliyev: «Ermənistan məğlub olub»
Hazırda oxunan: İlham Əliyev: «Ermənistan məğlub olub»
Hazırda oxunan: İlham Əliyev: «Ermənistan məğlub olub»
1808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.