Mart ayının bu günlərində maqnit qasırğaları gözlənilir - TARİXLƏR

Hazırda oxunan: Mart ayının bu günlərində maqnit qasırğaları gözlənilir - TARİXLƏR

180774

Aparılan təhlillər göstərir ki, yazın ilk ayında bir neçə geomaqnit pozuntusu gözlənilir. 

Bizim.Media xəbər verir ki, bəzi qasırğalar təsirsiz ötüşsə də, bəziləri hətta sağlam insanlar tərəfindən də hiss ediləcək. 

Qeyd edək ki, ilk güclü dalğa martın 9-da baş verəcək.

Nəzərə alaq ki, maqnit qasırğaları hər bir insana fərqli təsir göstərir. Bəzilərində depressiv əhval-ruhiyyə və ya miqren yaradır. Bəzilərində isə xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur.

Geomaqnit pozğunluqlarının təqvimi aşağıdakı kimidir:

3-4 mart

9-10 mart

15-16 mart

21-22 mart

27-28 mart

Hətta sağlam insanlara da təsir edə biləcək ən güclü maqnit qasırğası martın 9-da başlayacaq.

Narahatlığın pik nöqtəsi martın 10-u gecə saat 03:00-dır. Yalnız saat 21:00-dan sonra qasırğa zəifləməyə başlayacaq. Bu günlərdə miqren və xroniki xəstəliklərin kəskinləşməsi baş verə bilər. Həkimlər həmin günlər daha çox su içməyi və sakit olmağı məsləhət görürlər.

Ayın son fırtınası isə martın 27-də başlayacaq və 28-nə qədər davam edəcək. Həmin günlər təzyiqin qalxması və ümumi sağlamlığın pisləşməsi mümkündür.
Həkimlər hava şəraitindən asılı olan insanlara hətta zəif maqnit qasırğaları zamanı öz sağlamlıqlarının qeydinə qalmağı tövsiyə edir. Meteohəssas insanlar həmin günlərdə bol su içməli, sağlam qidalanmalıdır. Alkoqol, tütün və kofedən uzaq durmalıdırlar. Təmiz havada gəzməli, yuxu rejiminə əməl etməli və zərurət yarandığı təqdirdə sakitləşdirici həb qəbul etməlidirlər.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin