Sumqayıtda qayınını qətlə yetirən kişi xəstəxanada öldü

Hazırda oxunan: Sumqayıtda qayınını qətlə yetirən kişi xəstəxanada öldü

180721

Sumqayıtda qayınını qətlə yetirdikdən sonra intihara cəhd edən kişi xəstəxanada vəfat edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, cinayət hadisəni törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.
Xatırladaq ki, martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilib. Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin