Kürdəmirdə 14 yaşlı qız kimyəvi maddədən zəhərlənib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü kənd sakini Həsənli Aytən Elbrus qızı evdə səhvən sirkə turşusu içərək zəhərlənib.
Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Həkimlər ona dərhal ilkin tibbi yardım göstəriblər. Amma xəstənin vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanlardan birinə göndərilib. Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 01.03.2024
Kürdəmirdə səhvən sirkə turşusu içən 14 yaşlı qız XƏSTƏXANALIQ OLDU
Hazırda oxunan: Kürdəmirdə səhvən sirkə turşusu içən 14 yaşlı qız XƏSTƏXANALIQ OLDU
Hazırda oxunan: Kürdəmirdə səhvən sirkə turşusu içən 14 yaşlı qız XƏSTƏXANALIQ OLDU
180665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.