Xəbər verdiyimiz kimi, Göyçay sakini su kanalında batıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Yuxarı Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Göyçayda 1 nəfər kanalda BATDI
Belə ki, kənd sakini 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nazim oğlu fevralın 29-da axşam saat 18:00 radələrində balıq tutmaq məqsədilə evdən çıxıb.
Yaxınları onun kanalda balıq tutmaq istəyərkən sürüşüb suya düşərək batdığını ehtimal edirlər. Yaxınlarının sözlərinə görə o telefonla zəng edərək, evə gələcəyini desə də, gecə saat 23:00 radələrindən sonra onunla əlaqə kəsilib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub və axtarışlar davam etdirilir.
Bizim.Media, Aran bürosu