Moderator.az yazdı, şəhid qardaşı təhsil haqqından azad edildi Âxa0- FOTOLAR

Hazırda oxunan: Moderator.az yazdı, şəhid qardaşı təhsil haqqından azad edildi Âxa0- FOTOLAR

180560

Moderator.az daha bir Şəhid ailəsinin probleminin həllində vasitəçilik edərək sevincinə vəsilə olub.xa0

Belə ki, saytımızın əməkdaşı 20.04.2017-ci il tarixdə ötən ilin aprel döyüşlərində şəhid olmuş Dəmirli Hüseyn Zeynal oğlunun Biləsuvardakı ata evindən reportaj hazırlamışdı. Həmin reportajı bu linkdən oxuya bilərsiniz: (moderator.az/news/175844.html )xa0

Söhbət əsnasında şəhid anası Təranə xanım bildirmişdi ki, şəhidimizin əkiz qardaşı Kamran Dəmirli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci kurs tələbəsidir. İllik təhsil haqqı isə 1600 manatdır və təhsil haqqını ödəməyə ailənin maddi imkanı yoxdur. Şəhid anası imkan daxilində aidiyyatı qurumların bu məsələdə onlara güzəştə getməyini xahiş etmişdi.xa0

Məsələ ilə bağlı biz Təhsil Nazirliyinə müraciət etsək də təəsüf ki, nazirlikdən müsbət cavab ala bilməmişdik. Ancaq çox keçmədən məsələyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi müdaxilə etdi. Hadisədən xəbərdar olan rektor problemi nəzarətə götürərək, işə baxılması üçün Elmi Şurada müzakirəyə çıxardı.xa0

Şəhidimizin əkiz qardaşı Kamran Dəmirli bu gün Moderator.az-a bildirib ki, təhsil aldığı universitetin rəhbərliyi tərəfindənxa0illik 1600 manat təhsil haqqı ləğv edilib. Şəhidimizin xa0qardaşı, həmçinin, problemi ictimailəşdirən Moderator.az saytına və həllinə imza atan rektor Mustafa Babanlıya sonsuz təşəkkür edib.xa0

Biz də Moderator.az kollektivi adından Azərbaycan Dövlət Neft və Sənaye Universitetininxa0rəhbərliyinə minnətdarlığımızı bildiririk.xa0





Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin