Fazil Məmmədovun kürəkəni ilə bağlı şok faktlar - Londonun az qala yarısını alıbmış

Hazırda oxunan: Fazil Məmmədovun kürəkəni ilə bağlı şok faktlar - Londonun az qala yarısını alıbmış

18050

Sabiq Vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərədə yeni mülklər alıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Jurnalistin yazdığına görə, Ə.Əliyev dəyəri milyonlarla funt-sterlinq olan 4 bahalı əmlak müqaviləsi imzalayıb:

“Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb.

Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda "THE LYRİC", "OLİVES & MEZE", "WOK TO WALK" restoranları, "WEST & END" daşınmaz əmlak agentliyi yerləşir. 

Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı.

Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı”.

Bizim.Media


























 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin