Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayı 5 min nəfərə ÇATACAQ  

Hazırda oxunan: Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayı 5 min nəfərə ÇATACAQ  

180469

Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, növbəti tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə bakalavriat səviyyəsi üzrə 1000-ə yaxın tələbənin qəbulu planlaşdırılır. 

"Universitetdə ilk mərhələdə 6 fakültə, 20 ixtisas üzrə tədris aparılacaq. Növbəti illərdə ixtisasların sayının artırılması planlaşdırılır" - deyə nazir qeyd edib.
Emin Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin