Bakıda NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə "Hərbi tibb kursu" keçirilir.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, təlim NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən həyata keçirilir.
Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən "NATO-nun tibbi dəstəyi", "Hərbi tibbi planlaşdırma" və "Tibbi təxliyənin planlaşdırma"sı və digər mövzularında məruzələr təqdim olunur.
Vurğulanıb ki, cari ilin mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:05 / 28.02.2024
NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir - FOTO
Hazırda oxunan: NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir - FOTO
Hazırda oxunan: NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir - FOTO
180330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.