Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıb.
Bizim.Media xəbər verir ki, Laçın rayonu bu dəfə 24 ailəyə qucaq açıb, daha 89 laçınlının yurd həsrəti bitib. Onlardan 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb.
Uzun illər sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:34 / 28.02.2024
Növbəti köç karvanı Laçına ÇATDI
Hazırda oxunan: Növbəti köç karvanı Laçına ÇATDI
Hazırda oxunan: Növbəti köç karvanı Laçına ÇATDI
180306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.