Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkimin sertifikatı olmayıb - YENİ FAKT 

Hazırda oxunan: Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkimin sertifikatı olmayıb - YENİ FAKT 

180291

Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb. 

Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, o, sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş. 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İbrahim Novruz oğlu Əsədlinin sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib: 

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün bu kimi hallar aşkar olunduqda vətəndaşlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət edə bilərlər. Həmçinin, mediada işıqlandırılan məlumatlarda insan həyatı və sağlamlığına təhlükə yaradan faktlar əsasında Analitik Ekspertiza Mərkəzi araşdırmalar apara bilər”, - deyə nazirliyin cavabında qeyd olunub. 

Qeyd edək ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib. 

Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub. 

Xatırladaq ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin