Laçında azan hərbçimiz Ruslan Pənahovun anası danışıb.
Bizim.Media xəbər verir ki, əsgərin nənəsi Xanım Pənahova “İTV”yə açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Hərbçimiz Laçında istiqamətini itirərək azıb
“Ruslan iyulun 8-də hərbi xidmətə yollanıb. Xidmətindən hər zaman razı idi. Dünənə qədər zəng edəndə yaxşı olduğunu deyirdi”, - deyə Ruslanın nənəsi əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Bizim.Media