Fransa nəşri "L'Express" qəzetinin anti-Azərbaycan materialını tənqid etdi - FOTO

Hazırda oxunan: Fransa nəşri "L'Express" qəzetinin anti-Azərbaycan materialını tənqid etdi - FOTO

180278

"Bu həftə "L'Express" Azərbaycan və Ermənistana bir neçə məqalə həsr edib. 25 fevral tarixli məqalə xüsusən diqqət çəkir. Fevralın 25-də "L'Express" qəzeti Azərbaycanın guya Fransanı "destabilizə" etməyə çalışdığı haqda material dərc edib. Bu saxta informasiya Azərbaycanın guya Fransanın Olimpiya Oyunlarını təşkil etməyə qadir olmadığını iddia etdiyinə, eləcə də, Bakının guya fransız siyasətçiləri satın almaq cəhdlərinə dair yalan xəbərlər seriyasının bir hissəsidir. Bütün bunlar Azərbaycanın Qarabağı geri qaytarması ilə barışa bilməyən erməni lobbisinin işidir".

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu fikirlər Parisdə yerləşən "La Gazette du Caucase" onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryun Fransanın "L'Express" qəzetinin dərc etdiyi anti-Azərbaycan materialına cavab olaraq yazdığı məqalədə yer alıb.

Müəllif "L'Express" qəzetinin neokolonial və islamofob Fransanın obrazını inkar etməyə çalışdığını, lakin bunun saysız-hesabsız dəlillərinin olduğunu qeyd edir.

"Frankofoniya dövründən yaxın zamanda Fransa regiondan qovulana qədər Afrika həyasızcasına talan olunmadımı? BMT-nin 1946-cı ildə dekolonizasiya olunmalı ölkələr siyahısına daxil edilən Fransa Polineziyası 2013-cü il mayın 17-də bərpa edilmədimi? Bundan başqa, dünyada Qarabağdakı erməni separatçılarını dəstəkləyən çox az ölkədən biri olan Fransa bu gün Azərbaycanın Yeni Kaledoniyada müstəqillik uğrunda mübarizə aparanları dəstəklməsindən hiddətlənir.

Fransa islamofobiyasına gəlincə, müsəlman məktəbləri ən uydurma bəhanələrlə bağlandı. Şimali Afrika mənşəli adlara malik şəxslərin işə qəbul və ya yaşayış yerinin təmin olunması zamanı ayrı-seçkiliyə məruz qalmasını, müsəlman assosiasiyalarının bank hesablarının bağlanmasını, yalnız müsəlmanlara münasibətdə "xarici dini simvollar"a qadağanın tətbiq olunmasını bunlara misal göstərmək mümkündür", - müəllif yazır.

Jan-Mişel Bryun vurğulayıb ki, "L'Express" son buraxılışında ermənilərin guya Qarabağdan "qovulduğu" haqqında məqalə dərc edib, lakin məqalədə 1992-ci ildə evlərindən qovulan yüz minlərlə azərbaycanlıdan, yaxud əsrlərlə Ermənistanda yaşayan və 1987-ci ildə Qafqazda indiyədək həyata keçirilən ən böyük etnik təmizləmə zamanı deportasiya edilən 250 min azərbaycanlıdan bəhs olunmur.

"Əslində, ermənilər Xankəndini separatçıların təzyiqi altında tərk etmək məcburiyyətində qalıblar, hərçənd Azərbaycan hakimiyyəti onlara qalmağı təklif edib. Qarabağda bir dəfə belə olmayan xüsusi müxbirin İrəvandan məqalə yazdığını nəzərə alsaq, bu, heç də təəccüblü deyil. Bakının bizim gözəl Fransamızı "nüfuzdan salmaqda" "qətiyyətli olduğuna" dəlil olaraq isə jurnalist Fransanın Azərbaycandakı səfirliyindən iki "diplomat"ın göndərilməsini əsas gətirir.

O, bu iki kəşfiyyat agentinin uzun illər Bakıda çalışan fransız iş adamını onlara işləməyə məcbur etmək üçün təhdidlərdən istifadə etdiklərini sadəcə "unudur"", - deyə müəllif yazır.

Azərbaycanın guya Fransanı nüfuzdan salmağa və Parisdə Olimpiya Oyunlarının keçirilməsini boykot etməyə çalışdığına dair "əsas"ları şərh edən Jan-Mişel Bryun qeyd edir ki, Bakının bununla heç bir əlaqəsi yoxdur, əksinə, İl-de-Frans regionunun prefekti və prezidenti, polis və Hesablama Palatası artıq hər gün oyunların təşkilinə diletant yanaşmanın olduğundan və bütün sahələrdə, xüsusən təhlükəsizlik və nəqliyyat sahələrində ləngimədən xəbər verirlər. Fransız karikaturaçıları isə açıq qapılar günü keçirərək, turistlərin gəlişini səbirsizliklə gözləyən Paris siçovullarının rəsmini çəkirlər.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin