Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.
Bizim.Media-nın xəbərinə görə, mərhum Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.
MÖVZU İLƏ BAĞLI:
6 ay komada qalan qazimiz şəhid oldu - FOTO
Qeyd edək ki, S.Hüseynli oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, beyin əməliyyatı olunub.
6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhid olub.
Bizim.Media