Ermənistan tərəfi Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Hərbçimiz Laçında istiqamətini itirərək azıb
Bildirilib ki, Sünik vilayətinin Tex kəndi yaxınlığında sərhədi keçən Azərbaycan əsgəri saxlanılıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media