DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ 

Hazırda oxunan: DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ 

180255

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir. 

Belə ki, cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb. 

Ötən gün Goran qəsəbəsi ərazisində daha bir analoji yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, avtomobil isə yolun kənarında dayanan digər avtomobilə toqquşub.

Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir. 

Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin