Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxt və bölgələrdə üzərində qanunsuz odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçiriblər.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
- A-
- A
- A+
Cəmiyyət
16:33 / 27.02.2024
SON DƏQİQƏ: Polis əməliyyat keçirdi - 19 silahlı HƏBS EDİLDİ - VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ: Polis əməliyyat keçirdi - 19 silahlı HƏBS EDİLDİ - VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ: Polis əməliyyat keçirdi - 19 silahlı HƏBS EDİLDİ - VİDEO
180135
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.