Ölkəmiz üçün çətin dövr geridə qalıb, yoxsa… – SORĞU 

Hazırda oxunan: Ölkəmiz üçün çətin dövr geridə qalıb, yoxsa… – SORĞU 

180096

Ölkə əhalisinin 55,8 %-i hesab edir ki, çətin dövrlər geridə qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda məlumat verilir. 

O da bildirilir ki, ölkə gündəmində yenilənən ictimai-siyasi, sosial-iqtisadi məsələlərdən irəli gələrək vətəndaşlar tərəfindən ümumi vəziyyətin dövri olaraq qiymətləndirilməsi məqsədilə sorğular keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləmir? – SORĞU 


Respondentlərə ünvanlanan “Sizcə, hazırda çətin dövrdən keçirik, çətin dövr geridə qalıb, yoxsa hələ irəlidədir?” sualına ayrı-ayrı dövrlərdə verilən cavabların təhlili müsbət dinamikanın olduğunu göstərib.

Ötən ilin əvvəllərində Qarabağ ətrafında gedən hərbi-siyasi proseslərin, ekoloji aksiyaların və sərhəd nəzarətinin təmin olunmasının ardından “çətin dövr geridə qalıb” cavabını səsləndirənlərin sayında artan tendensiya qeydə alınıb. Cari ilin fevral ayında keçirilmiş rəy sorğusunda bu mövqedə olanların göstəricisi 55.8%-ə yüksəlib. Respondentlərin 27.2%-i “hazırda çətin dövrdən keçirik” cavabını qeyd edərkən, 15.7%-i çətin dövrün irəlidə olduğunu bildirib.

Sorğunun nəticələrinin respondentlərin sosial-demoqrafik parametrlərinə görə təhlili onların rəylərində müxtəlif amillərin təsirli olduğunu göstərib. 

Yaş artdıqca “çətin dövr geridə qalıb” mövqeyində olanların sayında daha çox artım qeydə alınıb. Bu mövqe ali təhsillilərin 55.1%-i, dövlət sektorunda işləyənlərin 69.4%-i və təqaüdçülərin 62.5%-i tərəfindən ifadə olunub. “Hazırda çətin dövrdən keçirik” cavabı əsasən kişilərlə müqayisədə qadınların, həmçinin aztəminatlı qrupların rəylərində yer tutub.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin