Qazaxıstanın paytaxtı Astana şəhərində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimin təşkilatçısı Nağı Kərimov olub.
Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı 1937-ci ildə Ermənistandan sürgün olunmaqlarına baxmayaraq və ölkəmizin hüdularından kənarda yaşasa da, onun ürəyi Azərbaycanla döyünür.
Mərasim çərcivəsində Qazaxıstan ictimayət nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin qadın, qoca, uşaq demədən bir gecə içərisində günahsız insanlara, Xocalının dinc sakinlərinə qarşı amansız cinayətləri barədə ətraflı məlumat verilib, Xocalı həqiqətlərini əks etdirən film nümayiş olunub.
Xocalı faciəsi bəşəriyyətin ən acı hadisələrindən biridir və bu cinayəti törədən şəxslər hələ də məsuliyyətə cəlb olunmayıb. Qazaxıstandakı Azərbaycan icmasının və yerli Qazax xalqının nümayəndələrinin qatıldığı anım mərasimində şəhidlərin ruhuna dualar oxunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:44 / 26.02.2024
Qazaxıstanda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi – FOTO
Hazırda oxunan: Qazaxıstanda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi – FOTO
Hazırda oxunan: Qazaxıstanda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi – FOTO
180083
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.