Fevralın 26-ı saat 19:23-də Zaqatala rayonunun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kv/m olan ikimərtəbəli, doqquz otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın məhdudladırılıb, söndürülmə işləri aparılır.
İlkin məlumata görə, xəsarət alan olmayıb.
Bizim.Media