Tərtərdə 40 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb

Hazırda oxunan: Tərtərdə 40 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb

180004

Fevralın 26-sı saat 19 radələrində Tərtər rayonu ərazisində 1984-cü il təvəllüdlü Elburus Şəmilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Bizim.Media-ya bildirilib ki, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU ULƏ BAĞLI:

Tərtərdə 43 yaşlı kişi qətlə yetirilib - Saxlanılan var


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin