İƏGF Avrasiya Regional Mərkəzi və İndoneziya gəncləri Xocalı faciəsi ilə bağlı bəyanat verdi

Hazırda oxunan: İƏGF Avrasiya Regional Mərkəzi və İndoneziya gəncləri Xocalı faciəsi ilə bağlı bəyanat verdi

179951

İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin beynəlxalq idarə heyəti və katibliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib. 

Bizim.Media xəbər verir ki, bəyanatda  İƏGF Avrasiya Regional Mərkəzi 2022-ci ilin 1 mart tarixində İtaliya Senatında keçirilmiş “Tanınma yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” beynəlxalq konfransı çərçivəsində təsis edilmiş “Xocalı: Barışıq üçün Etiraf Et” beynəlxalq koalisiyasının fəaliyyətinə dəstək ifadə edilib. 

Qeyd etmək lazımdır ki, sözügedən koalisiya Srebrenitsa Anaları Assosiasiyası, İtaliya İnsan Haqları Federasiyası və Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin nümayəndələrindən ibarətdir.

Beynəlxalq koalisiyanın əsas məqsədi Ermənistanın Xocalı soyqırımını etiraf etməyə və bununla bağlı dövlət səviyyəsində faciə qurbanları qarşısında üzr istəməyə, etiraf vasitəsilə azərbaycanlılar və ermənilər arasında dialoqa, cənubi Qafqazda barışığa və dayanıqlı sülhə nail olmaqdır. 
Bəyanatda indiki Ermənistan rəhbərliyindən Xocalı soyqırımını etiraf etmək, bu cinayəti törədənləri Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək, eləcə də beynəlxalq ictimaiyyətdən bu soyqırımına hüquqi qiymət verməklə bağlı çağırış edilib.

Sənəddə Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına və hökumətinə başsağlığı verilib. 

Qeyd etmək lazımdır ki, analoji birgə bəyanatla İƏGF-nin üzv təşkilatı İndoneziya Milli Gənclər Şurası və bu ölkənin ən böyük gənclər təşkilatlarından biri olan İndoneziya İƏT Gənclər Təşkilatı da çıxış edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin