Cahit Bağçı: "Sevinirik ki, xocalılıların da öz dədə-baba yurduna geridönüşü başlayıb"

Hazırda oxunan: Cahit Bağçı: "Sevinirik ki, xocalılıların da öz dədə-baba yurduna geridönüşü başlayıb"

179896

“Xocalı qətliamı qurbanlarının acısını ürəyimizdə hiss edirik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda Xocalı soyqırımı abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün hüznlə bərabər, Qarabağın bütün ərazilərinin azad olunmasına dair sevinc də var.

“Xatırlayırsızsa, ötən ilin bu günü burada Abdurrahim Karakoçun “Qarabağa məktub” adlı bir şeirini söyləmişdim. Orada Xocalının acısının türk dünyası insanında dərin bir yara buraxdığını ifadə etmişdim. Acımız şübhəsiz davam edir. Hüznlə yanaşı Qarabağın tək bir santimetr ərazisində belə erməni tapdağı qalmadığını qeyd edirik. Antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyi təmin edildi.
Xocalıda qətl edilən soydaşlarımızın intiqamı da alınıb. Prezident İlham Əliyev bütün azad olunmuş ərazilərdə bayraq ucaltdı, Şuşadan sonra ən anlamlı ziyarət Xankəndi və Xocalıya edilən ziyarət idi. Sevincimiz də böyükdür, çünki artıq Qarabağ azaddır və xocalılıların da öz dədə-baba yurduna geridönüşü başlanıb”.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin