“Xocalı faciəsinin içərisində gözləmədiyimiz, düşünmədiyimiz, həmişə arzuladığımız, ürəyimizdə müqəddəs kimi saxlladığımız hissləri keçiririk”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 32-ci ildönümündə jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib.
Onun sözlərinə görə Xocalıda ədalət öz müqəddəs yerini tapıb. Amma cinayətkarlar hələ ədalət məhkəməsinin qarşısında tam şəkildə dayanmayıb:
“O yerə gəlmək, danışmaq və dünyaya göstərmək lazımdır ki, azərbaycanlılara qarşı bu soyqırım misli görünməmiş bir cinayətdir. Əminəm ki, belə də olacaq və ildən-ilə bu hadisənin nə dərəcədə qanlı, ağlasığmaz və dəhşətli şəkildə törətdikləri dünyaya bəyan olacaq. Mən buna inanıram və bu gün bunu görürəm. Xalq da gözəl hisslər keçirir”.
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:34 / 26.02.2024
“Misli görünməmiş bir cinayətin törədilməsi dünyaya bəyan olacaq” – Səməd Seyidov
Hazırda oxunan: “Misli görünməmiş bir cinayətin törədilməsi dünyaya bəyan olacaq” – Səməd Seyidov
Hazırda oxunan: “Misli görünməmiş bir cinayətin törədilməsi dünyaya bəyan olacaq” – Səməd Seyidov
179884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.