FAKTİKİ HAVA: Dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta olub

Hazırda oxunan: FAKTİKİ HAVA: Dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta olub

179869

Fevralın 26-sı saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə arabir qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şəkidə 6 sm, Yardımlı, Qrızda 4 sm, Lerik, Şahdağda 3 sm, Oğuzda 2 sm, Qəbələ, Gədəbəydə 1 sm olub.

Düşən yağıntının miqdarı Oğuz, Şəki, Qəbələ, Altıağac, Qrız, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Yardımlı, Lerik, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, İsmayıllı, Balakən, Zaqatala, Şamaxı, Quba, Xaltanda 2 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 5-10, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-12, yüksək dağlıq ərazilərdə isə 18 dərəcəyədək şaxta olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin