Axşamdan başlayaraq qərb bölgəsində hava şəraiti kəskinləşib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə Daşkəsən rayonuna qar yağıb, temperatur daha 6-7 dərəcə aşağı enib.
Qarın qalınlığı dağlarda 8-10, dağətəyi kəndlərdə 3-5 sm arasında dəyişir. Bu gecə bölgənin dağlıq ərazilərində temperatur mənfi 4-5 dərəcə təşkil edib.
Hazırda soyuq və şaxtalı hava şəraiti davam edir.
Bölgənin əksər ərazilərində çiskinli-dumanlı hava şəraiti bu gün də müşahidə olunub. Yollarda məsafə görünüşü 30-50 metrdir. Nəqliyyatın hərəkətində, eləcə də digər infrastrukturlarda hələlik problemlər yaranmayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu