Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO

179769

Bu gecə Şimal-Qərb bölgəsinə qar yağıb, temperatur daha bir neçə dərəcə aşağı enib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bir həftəyə yaxın davam edən yağışlı hava şəraitindən sonra bu gecədən başlayaraq Şimal-Qərb bölgəsinin dağlıq və dağətəyi yaşayış məntəqələrinə qar yağıb.  

Qarın qalınlığı dağlarda 8-10, dağətəyi kəndlərdə 3-5 sm arasında dəyişir. Bu gecə   bölgənin dağlıq ərazilərində temperatur mənfi 7-9, aran ərazilərdə isə mənfi 3-5 dərəcə təşkil edib. 

Hazırda soyuq və şaxtalı hava şəraiti davam edir. Temperatur mənfi 3 dərəcəni göstərir. Belə hava şəraitində əsasən yollarda buz bağlamalar meydana gəlir. Qaraməryəm-İsmayıllı-Şəki və Şəki- Qax avtomobil yolunun üzərində yerləşən körpü və keçidlərdə donma və buzbağlamalar daha çox müşahidə edilir. 

Bölgənin əksər ərazilərində çiskinli-dumanlı hava şəraiti bu gün də müşahidə olunmaqdadır. Lakin əvvəlki günlərə nisbətən məsafə görünüşü 150-200 metrə kimi artıb. 

Lakin bütün hallarda nəqliyyatın hərəkətində eləcə də digər infrasturukturda problemlər qeydə alınmayıb. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin