Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı hazırlıq işləri YEKUNLAŞIB - FOTO 

Hazırda oxunan: Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı hazırlıq işləri YEKUNLAŞIB - FOTO 

179669

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb. Parkda abadlıq və təmizlik işləri görülüb. 

Bu barədə Bizim.Media-ya açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlama verib.

Onun sözlərinə görə, ərazidə  xaricdən sifarişlə gətirilən mövsümi güllər əkilib. Həmçinin qazon örtükləri yenilənib:

“Hər il olduğu kimi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Xocalı prospektində, həmin prospektində yerləşən “Ana harayı” abidə-kompleksinin və park xiyabanda abadlıq işləri aparılıb. İl boyu bu ərazi nəzarətimizdə olur. Əlbəttə ki, Xocalı soyqırımının anım günü ilə bağlı bir sıra hazırlıq işləri görülüb. Öncə bütün park xiyaban və abidə-kompleksinin ətrafı nəzərdən keçirilib. İşıq sistemləri yoxlanılıb və çatışmazlıqlar aradan qaldırılıb.

Parkın ərazisinin 15 000 kvadratmetrdən artıq qazon örtüyü yenilənib, bütün park boyu xüsusi dizaynla 30 000-dən artıq mövsümi güllər əkilib, yararsız hala düşmüş hissələrdə aqlay daşlarla üzlənmə işləri aparılıb, işıq sistemləri yoxlanılıb və çatışmazlıqlar aradan qaldırılıb, günlüklər, skamyalar və parkı əhatə edən məhəccərlər təmir olunub və rənglənib. Xocalı prospekti boyunca yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Prospektdə, eləcə də Yusif Səfərov küçəsində gül kolları əkilib, həmçinin rəngarəng çiçəklər əkilmiş dekorativ dibçəklər yerləşdirilib".

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub.
8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.













Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin