UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda qarşılaşan "Qarabağ" "Braqa" matçında azyaşlı azarkeşin komandasına dəstəyi marağa səbəb olub.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına stadionda keçirilən oyunu izləyən azyaşlı "Qarabağ"a dua oxuyaraq komandaya dəstək olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə oyun zamanı uşağın əlindəki kağızdan komandanın qalib olması üçün uğur duası ("Ayətül-Kürsü") oxuduğu aydın olub. Görüntü xeyli baxış sayı toplayıb və izləyicilərin marağına səbəb olub.
Bizim.Media